Press "Enter" to skip to content

Əsrlik ağacoyma sənəti yaşadılır

Ustalar ənənəvi üsullarla ağacdan həm məişət əşyaları, həm də dekorativ məmulatlar hazırlayırlar

Son yeniləmə: 21 İyun 2026

BAYRAQDAR MEDİA – Səlcuqlular dövründən bəri türk mədəniyyətinin mühüm hissəsi olan ağacoyma sənəti Kahramanmaraşda bu gün də yaşadılır. Ustalar ənənəvi üsullarla ağacdan həm məişət əşyaları, həm də dekorativ məmulatlar hazırlayırlar.

Bu barədə marasmanset.com saytı məlumat yayıb.

Bildirilib ki, istehsalda əsasən qoz ağacından istifadə olunur, lakin palıd, şam, vələs və digər ağac növləri də işlənir: “Məhsullar üzərinə çəkilən ənənəvi naxışlar xüsusi alətlərlə oyularaq işlənir. Çiçək, bitki və heyvan fiqurlarından ilhamlanan motivlər sənətin əsas xüsusiyyətlərindəndir”.

Qeyd edilib ki, hazırlanan cehiz sandıqları, tavlalar, güzgülüklər, mebellər və dini tikililər üçün elementlər həm ölkə daxilində, həm də xaricdə maraqla qarşılanır. Ağacoyma sənəti şəhərin mədəni irsinin mühüm hissəsi hesab olunur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.