Press "Enter" to skip to content

Azərbaycan avarçəkənləri Litvada beynəlxalq reqatada iştirak edəcək

Azərbaycan avarçəkənləri Litvada beynəlxalq reqatada iştirak edəcək

BAYRAQDAR MEDİA – 26–28 iyun tarixlərində Litvanın Trakay şəhərində akademik avarçəkmə üzrə 64-cü “Amber Oars” beynəlxalq reqatası keçiriləcək. Azərbaycanı reqatada beş idmançı – Ziya Məmmədzadə, Nurlan Paşayev, Azər İlyasov, İsabala Dadaşzadə Murad Abbaslı təmsil edəcəklər.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Kanoe və Avarçəkmə Federasiyasından daxil olub.

Xəbərdə qeyd olunur ki, “Azərbaycan komandası yarışa baş məşqçi Volodimir Morozovun rəhbərliyi ilə yollanacaq. Qeyd edək ki, “Amber Oars” beynəlxalq reqatası avarçəkmə idman növü üzrə ənənəvi beynəlxalq yarışlardan biri hesab olunur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.