Press "Enter" to skip to content

Qırğızıstan hərbi nümayəndə heyəti Azərbaycanda

Qırğızıstan hərbi nümayəndə heyəti Azərbaycanda

BAYRAQDAR MEDİA – Azərbaycan və Qırğızıstan müdafiə nazirlikləri arasında imzalanmış 2026-cı ilin ikitərəfli əməkdaşlıq planına əsasən bu ölkənin hərbi nümayəndə heyəti Azərbaycana səfər edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Müdafiə Nazirliyinin (MN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “MN-in Əməliyyat Baş İdarəsinin nümayəndələri qonaqlarla görüş zamanı baş idarənin fəaliyyət istiqamətləri barədə ətraflı məlumat verib, əməliyyatların planlaşdırılması sahəsində görülən işlərə dair brifinq təqdim ediblər. Tərəflər iki ölkə arasında hərbi əməkdaşlığın mövcud vəziyyəti, inkişaf perspektivləri və qarşılıqlı təcrübə mübadiləsinin vacibliyini vurğulayıb.

Bundan əlavə, görüşdə müvafiq istiqamət üzrə aktual mövzular ətrafında fikir mübadiləsi aparılıb və nümayəndə heyətini maraqlandıran suallar cavablandırılıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.