Press "Enter" to skip to content

Sarıqamış meşələrində möhtəşəm təbiət mənzərələri

Son yeniləmə: 22 İyun 2026

BAYRAQDAR MEDİA – Karsın Sarıqamış rayonunda yağışlardan sonra canlanan sarıçam meşələri rəngarəng çöl çiçəkləri və nadir kəpənəklərlə gözoxşayan mənzərə yaradıb. Havanın istiləşməsi ilə Soğuksu və Hamamlı bölgələrində təbiət yenidən canlanıb.

Bu barədə habersarikamis.com saytı məlumat yayıb.

Bildirilib ki, çiçəklər arasında uçan kəpənəklər bölgəyə xüsusi gözəllik qatır: “Quzey Təbiət Dərnəyinin elmi koordinatoru Emrah Çoban Sarıqamışın kəpənəklər üçün mühüm yaşayış məkanı olduğunu bildirib. Onun sözlərinə görə, müxtəlif yüksəkliklərə malik ərazi böyük kəpənək növlərinin yaşaması üçün əlverişlidir”.

Təbiət müşahidəçiləri bölgəyə dəvət olunurlar.

Mission News Theme by Compete Themes.