Son yeniləmə: 22 İyun 2026
BAYRAQDAR MEDİA – Türkiyənin cənub sahillərində insanlar dəniz mövsümünün dadını çıxardığı vaxt Kayseridə xizəksevərlər Erciyes dağında qar üzərində sürüşməyə davam ediblər. İdmançılar qısa yürüşdən sonra təxminən 3 kilometrlik qar zolağında xizək sürüblər.
Bu barədə erciyeshaber.com saytı məlumat yayıb.
Bildirilib ki, onlar iyunun sonuna yaxın olmasına baxmayaraq qarın keyfiyyətinin yüksək olduğunu bildiriblər. Xizək təlimatçısı Mert Değirmenci Erciyesin yay aylarında xizək sürmək mümkün olan nadir məkanlardan biri olduğunu vurğulayıb. Bu xüsusiyyət Erciyesi təbiət və qış idmanı həvəskarları üçün cəlbedici edir.






İlk şərhi yaza bilərsiniz