Press "Enter" to skip to content

“Əsl çempionluq sağlam seçimlə başlayır” – VİDEO

Zemfira Meftahətdinova

BAYRAQDAR MEDİA – Milli Olimpiya Komitəsinin vitse-prezidenti, atıcılıq üzrə Olimpiya çempionu Zemfira Meftahətdinova Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) “Doğru seçim, yüksək nəticə!” maarifləndirmə kampaniyasına dəstək verib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “tanınmış idmançı vətəndaşlara, xüsusilə gənclərə və peşəkar idmançılara müraciətində bildirib ki, qazanılan uğurların arxasında yalnız məşq prosesi deyil, ciddi nizam-intizam, sağlam həyat tərzi və düzgün seçimlər dayanır. Hazırda sosial şəbəkələrdə dövlət qeydiyyatından keçməyən müxtəlif idman qidaları və bioloji aktiv qida məhsullarının reklamı edilir. Bu cür məhsulların istifadəsi isə sağlamlıq üçün ciddi risklər yarada bilər. Z.Meftahəddinova bütün idmançıları, xüsusilə gəncləri tərkibi və təhlükəsizliyi yoxlanılmamış məhsullardan uzaq durmağa çağırıb”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.