BAYRAQDAR MEDİA – Pamukkale Universitetinin elmi məsləhətçiliyi ilə həyata keçirilən yeni ekoloji layihə Türkiyədə ilk dəfə olaraq dəniz tısbağalarının qorunmasına xidmət edəcək.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, ADM Elektrik və universitetin birgə layihəsi çərçivəsində Fəthiyə sahillərindəki işıqlandırma sistemi qırmızı işıqlarla əvəz olunacaq: “Araşdırmalar qırmızı işığın tısbağalara daha az təsir etdiyini göstərir. Layihə ötən il Karaot çimərliyində sınaqdan keçirilib, bu il isə Kocaçalış sahilinə genişləndirilib. Süni işıqlandırmanın azaldılması balaların düzgün istiqamətdə dənizə çatmasına kömək edəcək”.
Layihənin elmi məsləhətçisi Doğan Sözbilen bu addımın gələcək nəsillər üçün mühüm əhəmiyyət daşıdığını bildirib.






İlk şərhi yaza bilərsiniz