BAYRAQDAR MEDİA – Eskişehir Böyükşəhər Bələdiyyəsinin ESMEK Xoru 2025–2026 sənət mövsümünü möhtəşəm konsertlə başa vurub. “Türk valsları və tanqoları” mövzusunda keçirilən tədbirdə Cümhuriyyət dövrünün musiqi irsi təqdim olunub.
Bu barədə sakaryagazetesi.com.tr saytı məlumat verib.
Bildirilib ki, dirijor Figen Alkılıçgilin rəhbərliyi ilə ifa olunan əsərlər tamaşaçıların böyük rəğbətini qazanıb: “Konsertdə “Yenə Bir Gülnihal”, “Samanyolu”, “Fikrimin İnce Gülü” kimi məşhur əsərlər səsləndirilib. İkinci hissədə türk tanqoları ifa olunub və tamaşaçılar musiqilərə qoşulublar. Bəstəkar Ahmet Kadri Rizelinin səhnəyə dəvət olunması gecənin ən yaddaqalan anlarından biri olub”.










İlk şərhi yaza bilərsiniz