Press "Enter" to skip to content

I Türkoloji Qurultayın yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans

I Türkoloji Qurultayın yubileyinə həsr olunmuş Beynəlxalq elmi konfrans

BAYRAQDAR MEDİA – Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk dünyası həftəsi” çərçivəsində Mədəniyyət Nazirliyi, Bakı Dövlət Universiteti (BDU), TÜRKSOY, Türk Akademiyası, Türk Mədəniyyəti və İrsi Fondu, Əl-Fərabi adına Qazax Milli Universiteti və Türk Dil Qurumunun təşkilatçılığı ilə 2026-cı il 29-30 iyun tarixlərində Birinci Türkoloji Qurultayın 100 illiyinə həsr olunmuş “Türk dilləri, ədəbiyyatları və tarixlərinin tədrisi müasir çağırışlar kontekstində” mövzusunda Beynəlxalq elmi konfrans keçiriləcək.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya BDU-nun mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “konfransda Azərbaycanın nüfuzlu alimləri ilə yanaşı, ölkəyə dəvət olunmuş nüfuzlu türkoloq-alimlərin, eləcə də türk dövlətlərinin rəsmi nümayəndələrinin, ictimai-siyasi, elm, təhsil və mədəniyyət xadimlərinin iştirakı nəzərdə tutulur. Konfransın açılış mərasimi və panel sessiyalar iyunun 29-da Heydər Əliyev Mərkəzində, bölmə iclasları iyunun 30-da BDU-da təşkil olunacaq”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.