BAYRAQDAR MEDİA – Anadolu Universitetinin Radyo A radiosunda təlim proqramını uğurla tamamlayan tələbələr üçün sertifikat mərasimi keçirilib. Tədbirdə universitetin İletişim Fakültəsi rəhbərliyi və Radyo A-nın məsul şəxsləri iştirak ediblər.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, tələbələr “Radio proqramçılığı, təsirli nitq və diksiyon” üzrə sertifikat almağa haqq qazanıblar.
Təlimlər çərçivəsində diksiyon, anons yazımı, səslandırma, texniki masa istifadəsi və proqram hazırlama bacarıqları öyrədilib. Tələbələr həmçinin radio yayım prosesini praktiki şəkildə mənimsəyiblər.
Proqram sertifikatların təqdimatı və xatirə fotosu ilə başa çatıb.






İlk şərhi yaza bilərsiniz