Press "Enter" to skip to content

Silahlı Qüvvələr Gününə həsr olunmuş sərgi

Silahlı Qüvvələr Gününə həsr olunmuş sərgi

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanasında (MEK) 26 iyun – Silahlı Qüvvələr Günü ilə əlaqədar sərgi təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “sərgidə ordu quruculuğu, hərbi tarix və qəhrəmanlıq mövzusunda MEK fondlarında qorunan müxtəlif nəşrlər təqdim edilir. Onların sırasında “Heydər Əliyev və Qarabağ”, “Heydər Əliyev ideyalarının zəfər yürüşü”, “İlham Əliyev və zəfər tariximizin şanlı səhifələri”, “Zəfər memuarları. Döyüşçülər, sərkərdə və müharibə haqqında”, “Zəfərlər yolu”, “Vətən Müharibəsinin 44 günlük Zəfər salnaməsi”, “Qələmlə, silahla…”, “Qırx dörd günün salnaməsi: Vətən müharibəsi”, “Polad Həşimov xatirələrdə”, “Qafqaz İslam Ordusu Bakı yollarında”, “Qafqaz İslam Ordusu Azərbaycanda”, “Hərb məharəti tarixi”, “Azərbaycan Ordusunun tarixi” beşcildliyi və digər nəşrlər yer alıb”.

Daha sonra xəbərdə, “nəşrlərdə Ulu Öndər Heydər Əliyevin ordu quruculuğundakı misilsiz xidmətləri, Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə edilən Zəfər, Vətən müharibəsində göstərilən qəhrəmanlıqlar və Azərbaycan Ordusunun inkişaf mərhələləri ətraflı əks olunub” deyə bildirilir.

Qeyd edək ki, sərgi iki həftə davam edəcək.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.