BAYRAQDAR MEDİA – “Azərbaycan hərbi, siyasi-diplomatik vasitələrlə ərazi bütövlüyünü, suverenliyini və milli ləyaqətini bərpa etdi. Milli ləyaqətin bərpasından bütün türk dünyasına, o cümlədən türkman qardaşlarımıza da pay düşür”.
Bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının üzvü, Milli Məclisin deputatı Rizvan Nəbiyev Bakıda “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə keçirilən II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı forumda çıxışı zamanı deyib.
Millət vəkili bildirib ki, bu qalibiyyəti Azərbaycan xalqı ilə yanaşı, bütün türk dünyası səbirsizliklə gözləyirdi: “Biz, həmçinin xalq diplomatiyası vasitəsilə əlaqələrimizin möhkəmləndirilməsi istiqamətində görülən işləri də yüksək qiymətləndiririk. Bu fəaliyyətlər bütün türk dünyası ilə əlaqələrə fayda verir”.
R.Cəbiyev onu da qeyd edib ki, türk xalqları ilə Azərbaycan arasındakı münasibətlərin inkişafına mühüm töhfələr vermiş görkəmli alimlərin və ziyalıların xidmətləri xüsusi qeyd edilməlidir: “Bu sahədə böyük işlər görmüş şəxsiyyətlərin fəaliyyəti xalqlarımız arasında dostluq və qardaşlıq münasibətlərinin möhkəmlənməsinə təkan verib”.






İlk şərhi yaza bilərsiniz