BAYRAQDAR MEDİA – “Azərbaycan Şahmat Turu” çərçivəsində “Lankaran Open 2026” Beynəlxalq Şahmat Festivalına başlanılıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Şahmat Federasiyasından (AŞF) daxil olub.
Xəbərdə qeyd edilir ki, “AŞF və Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığıyla reallaşan turnirdə Azərbaycanla yanaşı, Türkiyə, İran, Hindistan, Macarıstan və FIDE şahmatçıları təmsil olunur. Festivalın açılış mərasimində AŞF-in Birinci vitse-prezidenti Faiq Həsənov, Lənkəran Şəhər İcra Hakimiyyəti başçısının müavini Emin Quliyev və digər rəsmi şəxslər iştirak edib. Turnir reytinqlərə uyğun olaraq A və B qrupu olmaqla iki kateqoriyada təşkil edilir. Festival çərçivəsində, eyni zamanda, rapid və blits üzrə də yarışlar keçiriləcək”.
200-ə yaxın şahmatçının mübarizə apardığı yarışın ümumi mükafat fondu 22 min 650 manat təşkil edir. Turnirin baş hakimi Şaiq Quliyevdir.






İlk şərhi yaza bilərsiniz