Press "Enter" to skip to content

MEK Belarus kitabxanasına nəşrlər göndərib

MEK Belarus kitabxanasına nəşrlər göndərib

BAYRAQDAR MEDİA – Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Mərkəzi Elmi Kitabxanası (MEK) beynəlxalq əməkdaşlıq əlaqələrinin genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MEK-in mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “Kitabxananın prioritet istiqamətlərindən biri dünya ölkələrinin kitabxanaları və kitabxana işinin inkişafı ilə məşğul olan qurumlarla əməkdaşlıq əlaqələrinin qurulması, beynəlxalq kitab və informasiya resurslarının mübadiləsinin genişləndirilməsidir. Bu istiqamətdə MEK dünyanın bir sıra qabaqcıl ölkələrinin kitabxanaları, təşkilatları ilə davamlı və səmərəli əməkdaşlıq həyata keçirir. Görülən işlərin davamı olaraq MEK tərəfindən Belarus Milli Elmlər Akademiyasının Yakub Kolas adına Mərkəzi Elmi Kitabxanasına Azərbaycanın tarixi və mədəniyyətinə həsr olunmuş nəşrlərdən ibarət kitablar göndərilib”

Sonra xəbərdə, “qeyd edək ki, iki kitabxana arasında təcrübə mübadiləsi, çap və elektron nəşrlərin qarşılıqlı mübadiləsi, eləcə də informasiya dəstəyi sahəsində əməkdaşlığı nəzərdə tutan müqavilə mövcuddur. Hazırda MEK dünyanın 48 ölkəsini təmsil edən 131 təşkilatla səmərəli əməkdaşlıq həyata keçirir” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.