Press "Enter" to skip to content

Rafael Hüseynov: Bu, milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir

Rafael Hüseynov

BAYRAQDAR MEDİA– “Türk və İslam dünyasının mədəni irsinin araşdırılması və təbliği istiqamətində görülən işlər xüsusi əhəmiyyət daşıyır”.

Bunu Milli Məclisin sədr müavini akademik Rafael Hüseynov Bakıda “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə keçirilən II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı Forumda çıxışı zamanı söyləyib.

R.Hüseynov qeyd edib ki, Azərbaycan uzun illər ərzində müxtəlif çətinliklərdən keçərək bu günə gəlib çatıb: “Bu uğurların arxasında Azərbaycanın dövlətçilik ənənələri, xalqın iradəsi və bu yolda xidmət etmiş şəxsiyyətlərin böyük rolu dayanır. Onların fəaliyyəti ölkənin beynəlxalq aləmdə tanınmasına və nüfuz qazanmasına mühüm töhfə verib.

Çıxışda o da vurğulanıb ki, uşaqlıqdan nənələrin dilindən eşidilən xalq ədəbiyyatı nümunələri, folklor və mənəvi irs bu gün elmi şəkildə toplanaraq gələcək nəsillərə ötürülür və bu, milli yaddaşın qorunması baxımından mühüm əhəmiyyət kəsb edir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.