Ərşad Salihdən təklif və müraciət
BAYRAQDAR MEDİA – Bu gün türk dünyası şahlanış dövrünü yaşayır. Azərbaycnın da iki apürıcı aktordan bir olduğu Türk Dövlətləri Təşkilatı hər keçən gün daha da güclənir.
Bunu Bakıda “Körpü” Türkman İrsi Araşdırmaları Mərkəzi İctimai Birliyinin təşkilatçılığı, Azərbaycan Respublikasının QHT Agentliyinin tərəfdaşlığı ilə keçirilən II “Türkman irsi: vətəndaş cəmiyyətlərinin həmrəyliyi” adlı forumda iştirak edən İraq parlamentinin kərküklü deputatı, “İraq Türkman Cəbhəsi”nin lideri Ərşad Salihi deyib.
O, qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə Türk dünyası ilə əməkdaşlıq istiqamətində mühüm addımlar atılıb. Türk Dövlətləri Təşkilatı çərçivəsində türk xalqlarının bir araya gəlməsi, qarşılıqlı anlaşma və inteqrasiya prosesləri daha da güclənib.
Ərşad Salihi bildirib ki, təşkilat daxilində ortaq platformaların yaradılması, dövlət başçılarının və nümayəndələrin bir araya gəlməsi əməkdaşlığı yeni mərhələyə daşıyır.
Bununla yanaşı, xaricdə yaşayan türk icmalarının da proseslərə daha aktiv şəkildə cəlb olunması vacib məsələ kimi diqqətə çatdırılıb: “Hesab edirəm ki, dövlətləri olmayan türk toplumlarına da TDT-də yer ayrılmalıdır. Onlar da bir formada TDT-də təmsil olunmalıdır. Mən bu fürsətdən istifadə edib Azərbaycan Prezidenti İlham Əliyevə və digər TDT-yə üzv ölkələrin dövlət başçılarına müraciət edirəm”.






İlk şərhi yaza bilərsiniz