BAYRAQDAR MEDİA – BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri üzrə THE Sustainability Impact Rankings 2026 reytinqində Atatürk Universiteti üç istiqamət üzrə dünyanın ilk 10 universiteti sırasında yer alıb, doqquz sahədə isə Türkiyada birinci olub. Universitet ümumi dünya reytinqində 1001–1500-cü pillədən 101–200-cü yerlər qrupuna yüksələrək böyük irəliləyiş əldə edib.
Bu barədə verilən məlumatda qeyd edilib ki, yoxsulluğun azaldılması, təmiz enerji, iqtisadi inkişaf, bərabərsizliyin azaldılması və ətraf mühitin qorunması kimi istiqamətlərdə yüksək nəticələr göstərən universitet Türkiyənin ən uğurlu ali təhsil müəssisələrindən biri kimi qiymətləndirilib.
Rektor Ahmet Hacımüftüoğlu bu uğurun elmi fəaliyyət, sosial məsuliyyət və dayanıqlı inkişaf sahəsində həyata keçirilən sistemli işlərin nəticəsi olduğunu bildirib.






İlk şərhi yaza bilərsiniz