BAYRAQDAR MEDİA – Erzincan Binali Yıldırım Universitetində “Erzincanın geoloji və mədəni irsi” mövzusunda beynəlxalq seminar başa çatıb. Üç gün davam edən tədbirdə alimlər bölgənin geoloji quruluşu, təbii və mədəni irsi, həmçinin geoturizm potensialını müzakirə ediblər.
İştirakçılar Ekşisu, Altıntəpə, Girlevik şəlaləsi, Erqan dağı və Otlukbəli travertenləri kimi ərazilərdə sahə tədqiqatları aparıblar.
Seminarın yekununda Ərzincanın UNESCO-nun Qlobal Geoparklar Şəbəkəsinə daxil edilməsi istiqamətində işlərin sürətləndirilməsinin vacibliyi vurğulanıb.






İlk şərhi yaza bilərsiniz