BAYRAQDAR MEDİA – Pamukkale Universiteti Xəstəxanasının Dermatologiya kafedrasının müdiri professor Ahmet Metin bildirib ki, siqaret və alkoqol dərinin vaxtından əvvəl qocalmasına səbəb olur.
Onun sözlərinə görə, siqaret dərinin oksigen və qida ilə təminatını zəiflədir, elastikliyini azaldır, saç tökülməsi və yaraların gec sağalmasına gətirib çıxarır.
Universitetdən verilən məlumatda deyilir ki, alkoqol isə hüceyrələrdə DNT zədələnməsini artırır, immun sistemi zəiflədir və bəzi dəri xərçəngi növlərinin riskini yüksəldir.
Professor sağlam dəri üçün siqaret və alkoqoldan uzaq durmağın vacibliyini vurğulayıb.






İlk şərhi yaza bilərsiniz