Press "Enter" to skip to content

Günərzi qayğı mərkəzinin benefisiarları üçün kitabxanaya ekskursiya

Günərzi qayğı mərkəzinin benefisiarları üçün kitabxanaya ekskursiya

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) sosial sifarişləri çərçivəsində Mingəçevir şəhərində fəaliyyət göstərən günərzi qayğı mərkəzinin xidmətlərindən yararlanan uşaqlar üçün Molla Pənah Vaqif adına Mərkəzi Kitabxanaya ekskursiya keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “Mərkəzin 25 benefisiarının iştirak etdiyi ekskursiya zamanı uşaqlar kitabxananın fəaliyyəti ilə tanış olublar. Onlara mütaliənin əhəmiyyəti, kitabxanalardan istifadə qaydaları və müxtəlif kitablar barədə məlumat verilib. Ekskursiyanın məqsədi uşaqların dünyagörüşünün genişləndirilməsi, asudə vaxtlarının səmərəli təşkili və kitaba marağın artırılması olub”.

Ardınca xəbərdə, “qeyd edək ki, Agentliyin sosial sifarişləri ilə icra olunan layihələr əsasında hazırda ölkəmizin müxtəlif bölgələrində uşaqlar üçün 37 günərzi qayğı mərkəzi fəaliyyət göstərir. Bu mərkəzlərdə həssas qruplara aid, o cümlədən əlilliyi olan uşaqlardan ibarət ümumilikdə 1 min 100-dən çox uşağın psixoloji reabilitasiyası, abilitasiyası, pedaqoji inkişafı, habelə ailələrinə dəstək və ailələrin maarifləndirilməsi üzrə kompleks işlər aparılır” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.