BAYRAQDAR MEDİA – Ardahan Universitetinin rektoru professor Öztürk Emiroğlu seçim dövründə abituriyentlərə müraciət edərək universitetin təhsil və sosial imkanlarını təqdim edib. O, Yenisey Kampusunda keçirilən görüş zamanı universitetin hər il daha da inkişaf edən akademik infrastruktura malik olduğunu bildirib. Rektorun sözlərinə görə, universitetin mərkəzi kampusu ilə yanaşı Göle, Posof və Çıldır rayonlarında fəaliyyət göstərən peşə məktəbləri də regionun ali təhsil sisteminə mühüm töhfə verir.
Ardahan Universitetində hazırda 7 fakültə, 1 ali məktəb, 6 peşə məktəbi və 2 institut fəaliyyət göstərir. Burada bakalavr, subbakalavr və magistratura səviyyələrində geniş təhsil proqramları təqdim olunur. Emiroğlu vurğulayıb ki, tələbələrin əsas problemlərindən sayılan yataqxana məsələsində universitetdə heç bir çətinlik yaşanmır və bütün zəruri şərait yaradılıb.
Rektor sonda sakit, təhlükəsiz və təbiətlə iç-içə kampus mühitində təhsil almaq istəyən bütün gəncləri Ardahan Universitetinə dəvət edib.






İlk şərhi yaza bilərsiniz