BAYRAQDAR MEDİA – Gənc və istedadlı qolfçu Emin Rzayev bu il də Azərbaycanı beynəlxalq arenada uğurla təmsil edərək ötənilki möhtəşəm nailiyyətini təkrarlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Qolf Federasiyasından daxil olub.
Xəbərdə qeyd edilir ki, “Qazaxıstanın Almatı şəhərində keçirilən nüfuzlu “Kazakhstan Junior Open 2026” beynəlxalq turnirində iştirak edən idmançımız bütün rəqiblərini geridə qoyaraq yarışın qalibi olub. Gərgin və maraqlı idman mübarizəsi şəraitində baş tutan yarış iki gün ərzində “Stroke Play Gross” formatında keçirilib. İki günlük mübarizənin yekunlarına əsasən, E.Rzayev 10 yaş kateqoriyasında yüksək peşəkarlıq, əzm və bacarıq nümayiş etdirərək fəxri kürsünün ən yüksək pilləsinə — 1-ci yerə layiq görülüb”.
Bu uğur gənc idmançının beynəlxalq arenadakı növbəti böyük nailiyyəti olmaqla yanaşı, Azərbaycan qolfunun inkişafı baxımından da mühüm əhəmiyyət daşıyır.






İlk şərhi yaza bilərsiniz