Press "Enter" to skip to content

ÇOMÜ-nün akademiklərinə yeni görəv

BAYRAQDAR MEDİA– Çanakkale Onsekiz Mart Universiteti (ÇOMÜ) beynəlxalq akademik əməkdaşlıqlarını gücləndirmək istiqamətində fəaliyyətini davam etdirir. Bu çərçivədə Azərbaycan Elm və Təhsil Nazirliyinin tabeliyində fəaliyyət göstərən Azərbaycan Coğrafiya İnstitutu ilə əməkdaşlıq çərçivəsində ÇOMÜ İnsan və Sosial Elmlər Fakültəsinin Coğrafiya Bölməsinin müəllimləri professor Vedat Çalışkan, professor Selver Özözen Kahraman və dosent Faize Sarış Azərbaycan Coğrafiya İnstitutunun beynəlxalq üzvləri təyin ediliblər. Bu barədə ÇÖMÜ-dən məlumat verilib.

Bildirilib ki, bu təyinatla iki qurum arasında coğrafiya sahəsində akademik əməkdaşlığın gücləndirilməsi, birgə elmi tədqiqatların aparılması, beynəlxalq layihələrin hazırlanması və məlumat mübadiləsinin artırılması hədəflənir: “ÇOMÜ rektoru professor Ramazan Cüneyt Erenoğlu bu addımın Türkiyə ilə Azərbaycan arasındakı köklü dostluq və qardaşlıq münasibətlərinin akademik sahədəki əks-sədalarından biri olduğunu bildirib. O, akademiklərin beynəlxalq səviyyədə üzərlərinə götürdükləri bu mühüm vəzifənin universitetin elmi potensialının və beynəlxalq tanınırlığının gücləndirilməsinə töhfə verəcəyini qeyd edərək, müəllimləri təbrik edib”.

Azərbaycan Coğrafiya İnstitutunun direktoru professor Zaur İmrani də ÇOMÜ alimlərinin institutun beynəlxalq üzvləri sırasına qoşulmasından məmnunluğunu ifadə edib və əməkdaşlığın iki qardaş ölkə arasında akademik əlaqələrin daha da inkişafına töhfə verəcəyini vurğulayıb. ÇOMÜ müəllimlərinin institut çərçivəsində həyata keçirəcəkləri fəaliyyətin coğrafiya sahəsində birgə araşdırmaların, beynəlxalq elmi nəşrlərin və davamlı akademik əməkdaşlığın artırılmasına xidmət etməsi nəzərdə tutulur.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.