Press "Enter" to skip to content

Azərbaycan boksçuları Qazaxıstanda qızıl medal qazanıb

Azərbaycan boksçuları Qazaxıstanda qızıl medal qazanıb

BAYRAQDAR MEDİA – Qazaxıstanın Akmola vilayətinin Qorğaljın rayonunda məktəbli boksçular (U-15) arasında beynəlxalq turnir keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Boks Federasiyasından daxil olub.

Xəbərdə qeyd olunur ki, “5 ölkənin iştirakı ilə təşkil olunan yarışa Azərbaycan millisi iki idmançı ilə qatılıb və onların hər ikisi fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. Boksçular – Sərxan Haqverdiyev (70 kq) və Teymur Tanrıverdiyev (+70 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medala yiyələniblər. Finalda yerli idmançılarla döyüşən boksçular görüşü vaxtından əvvəl tam üstünlüklə xeyirlərinə bitiriblər. Komandanın çalışdırıcısı Etibar Abdullayev isə turnirin ən yaxşı məşqçisi seçilib”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.