Press "Enter" to skip to content

“COP31 yolunda elm diplomatiyası” təşkil edilib

Tədbir zamanı

BAYRAQDAR MEDİA – Antalya Bilim Universitetinin rektoru professor Semih Ekercin və rektor müavini professor Hülya Şimga Ali Təhsil Şurası tərəfindən təşkil olunan “COP31 Yolunda Elm Diplomatiyası: Akademiyanın təqdimatı” proqramında iştirak ediblər.

Bu barədə universitetin məlumatında qeyd edilib.

Bildirilib ki, COP31-in prezidenti və Türkiyənin Ətraf Mühit, Şəhərsalma və İqlim Dəyişikliyi naziri Murat Kurumun iştirakı ilə keçirilən tədbirdə universitetlərin COP31 prosesində rolu, elm diplomatiyasının əhəmiyyəti və akademik araşdırmaların iqlim siyasətinə verə biləcəyi töhfələr müzakirə olunub. Nazir Murat Kurum Ali Təhsil Şurasının “COP31-in Akademik Elçisi” olduğunu açıqlayaraq universitetlərlə qurulacaq əməkdaşlıqların COP31 sədrliyinin elmi əsaslarını və həyata keçirmə imkanlarını gücləndirəcəyini bildirib. O, COP31 hazırlıqlarının cəmiyyətin bütün təbəqələrinin iştirak etdiyi geniş məsləhətləşmə prosesi əsasında aparıldığını və işlərin “dialoq, konsensus və fəaliyyət” prinsipləri üzərində qurulduğunu qeyd edib.

Tədbirdə həmçinin kampuslarda iqlim yönümlü layihələr, iqlim texnologiyaları üzrə birgə araşdırmalar, beynəlxalq elmi şəbəkələr və gənc tədqiqatçıların COP31 prosesində daha fəal iştirakı ilə bağlı təkliflər müzakirə olunub.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.