BAYRAQDAR MEDİA – Ardahan Ticarət və Sənaye Palatasının İdarə Heyətinin sədri Çetin Demirci Ardahan Universitetinin rektoru professor Öztürk Emiroğlu ilə görüşüb. Görüşdə Yenisey Qonaq Evində akademik və inzibati heyət üçün nəzərdə tutulan açıq bufet səhər yeməyi təşkilatçılığı müzakirə edilib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, görüşdə son günlər ictimaiyyət arasında müzakirələrə səbəb olan tədbirin məqsədi və keçirilmə forması ilə bağlı fikir mübadiləsi aparılıb. Çetin Demirci bu cür tədbirlərin davamlı xarakter alaraq kommersiya fəaliyyətinə çevrilməməsinin vacibliyini vurğulayıb. O, yerli sahibkarların qorunmasının əhəmiyyətinə diqqət çəkərək təşkilatın şəhərdə fəaliyyət göstərən iaşə obyektləri ilə rəqabət yarada biləcək formaya düşməməsi ilə bağlı narahatlığını rektora çatdırıb.
Rektor professor Öztürk Emiroğlu isə açıq bufet səhər yeməyinin yalnız universitetin akademik və inzibati heyəti üçün nəzərdə tutulduğunu və birdəfəlik tədbir kimi planlaşdırıldığını bildirib. Görüşdə tədbirin məqsədindən kənara çıxmaması və yerli bazarın tarazlığına mənfi təsir göstərə biləcək davamlı tətbiqə çevrilməməsi məsələsində qarşılıqlı fikir mübadiləsi aparılıb.






İlk şərhi yaza bilərsiniz