BAYRAQDAR MEDİA – “Yeni filialın fəaliyyətə başlaması ilə 50 yeni iş yeri yaradılıb və layihəyə böyük həcmdə investisiya yatırılıb. Layihənin cəmi üç ay ərzində tamamlanması böyük zəhmət və peşəkar komanda işinin nəticəsidir”.
Bunu “Fullamoda” şirkətinin yeni filialının açılışı münasibətilə keçirilən mərasimdə çıxış edən şirkətin rəhbəri Ferhat Çeğil deyib.
O, qeyd edib ki, Türkiyə ilə yanaşı, xarici ölkələrdə də fəaliyyət göstərən brend hazırda 125-ə yaxın mağazaya malikdir. Şirkətin üç istehsal fabriki fəaliyyət göstərir və dünya üzrə 4 200-ə yaxın əməkdaşı var.
Ferhat Çeğil Azərbaycandakı fəaliyyətin də ardıcıl şəkildə genişləndirildiyini diqqətə çatdırıb. O bildirib ki, “Fullamoda”nın Azərbaycandakı ilk mağazası İnşaatçılar metrosu ərazisində açılıb və bundan sonra ölkədə şirkətin fəaliyyətinin daha geniş miqyasda qurulması üçün ciddi infrastruktur formalaşdırılıb: “İkinci mağazamız Həzi Aslanovda, 4 500 kvadratmetr sahədə fəaliyyətə başladı”.
Şirkət rəhbərinin sözlərinə görə, “Fullamoda”nın Azərbaycandakı genişlənmə strategiyası bundan sonra da davam etdiriləcək. Bu çərçivədə növbəti mağazanın avqustun 25-də Malakan Bağında açılması nəzərdə tutulur.






İlk şərhi yaza bilərsiniz