Press "Enter" to skip to content

Yeniyetmələrin Respublika Şahmat Olimpiadası yekunlaşıb

Yeniyetmələrin Respublika Şahmat Olimpiadası yekunlaşıb

BAYRAQDAR MEDİA – Gənclər və İdman Nazirliyi, Azərbaycan Şahmat Federasiyasının (AŞF) birgə təşkilatçılığı ilə Qusar Olimpiya İdman Kompleksində keçirilən 16 yaşadək yeniyetmələrin Respublika Şahmat Olimpiadasına yekun vurulub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya sözügedən Federasiyadan daxil olub.

Xəbərdə qeyd edilir ki, “Olimpiadada yarışlar iki yaş kateqoriyası üzrə A (11-16) və B (10 yaş və daha kiçik) qruplarında təşkil edilib. A qrupunda oğlanlar arasında Suat İbrahimli, qızlarda isə Əsnad Baxşızadə qalib olub. Hər iki şahmatçı (AŞF) tərəfindən Avropa çempionatına ezam olunacaq. Müxtəlif yaş kateqoriyalarında İnci Cəbrayılova, Ziya Qubatov (8 yaşlılar), Nurgün Fəxrətzadə, Azad Xuduzadə (10 yaşlılar), Sadəgül Əfəndi, Əyyub Zəkiyev (12 yaşlılar), Əsnad Baxşızadə, Suat İbrahimli (14 yaşlılar), Rəna AğamirzəyevaEmin İsmayılov (16 yaşlılar) birincilik qazanıb”.

Sonra xəbərdə, “komanda hesabında A qrupunda birinci yeri 4 nömrəli İOEUGİŞM tutub. 3 nömrəli RİOEUGİŞM ikinci, Quba komandası isə üçüncü olub. B qrupunda 3 nömrəli UGİŞM fəxri kürsüdə ən yüksək yerə layiq görülüb. Quba komandası və 4 nömrəli UGİŞM müvafiq olaraq ikinci və üçüncü yerləri bölüşüb. Qeyd edək ki, Olimpiadada ölkənin 30-a yaxın şəhər və rayonlarının, eləcə də şahmat məktəbləri, klubları və idman cəmiyyətlərinin 16 yaşadək oğlan və qız şahmatçıları iştirak ediblər. Ümumilikdə turnirdə 326 yeniyetmə mübarizə aparıb. İsveçrə sistemi üzrə 11 turdan ibarət yarış şəxsi-komanda xarakteri daşıyıb” deyə bildirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.