Press "Enter" to skip to content

SDÜ tələbəsinin araşdırması beynəlxalq tədbirdə təqdim olunacaq

Süleyman Demirel Üniversiteti Araşdırma və Tətbiq Xəstəxanası

BAYRAQDAR MEDİA – Süleyman Demirel Universitetinin Mülki Aviasiya Ali Məktəbinin Aviasiya İdarəçiliyi ixtisasının tələbəsi Maryam Badran hazırladığı elmi araşdırma ilə “77-ci Beynəlxalq Astronavtika Konqresi”ndə (IAC 2026) təqdimat etmək hüququ qazanıb.

Bu barədə universitetdən məlumat verilib.

Bildirilib ki, Beynəlxalq Astronavtika Federasiyası (IAF) tərəfindən təşkil olunan konqres oktyabrın 5–9-da ilk dəfə Türkiyənin ev sahibliyi ilə Antalyada keçiriləcək. Tədbirdə dünyanın müxtəlif ölkələrindən kosmik elmlər və aviasiya sahəsində fəaliyyət göstərən alimlər, tədqiqatçılar və sektor nümayəndələri bir araya gələcəklər. Maryam Badranın hazırladığı elmi iş konqresin elmi qiymətləndirmə komitəsi tərəfindən qəbul edilib. Araşdırma proqram çərçivəsində təqdim olunacaq.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.