BAYRAQDAR MEDİA – 2026-cı il Yüksəköğretim Qurumları İmtahanının (YKS) nəticələrinin açıqlanmasından sonra başlayan ixtisas seçimi dövründə Doğu Akdeniz Universitetinə (DAÜ) namizəd tələbələrin böyük maraq olub.
Bu barədə universitetdən məlumat verilib.
Bildirilib ki, avqustun 10-da başa çatan seçim prosesi müddətində universitetin aidiyyəti bölmələri tələbə və valideynlərin suallarını cavablandıraraq seçimlə bağlı geniş məlumatlandırma xidməti göstərib. Namizədlərə universitetin akademik proqramları, təqaüd imkanları, beynəlxalq təhsil sistemi, kampus həyatı, yataqxana imkanları və seçim prosesi barədə telefon, elektron poçt, WhatsApp və üzbəüz görüşlər vasitəsilə məlumat verilib. Mütəxəssis qrupları namizədlərin özləri üçün ən doğru seçimi etmələrinə kömək məqsədilə ətraflı məsləhətlər təqdim edib.






İlk şərhi yaza bilərsiniz