BAYRAQDAR MEDİA – Bakıda 19 yaşadək gənc və yeniyetmə badmintonçular arasında “Azerbaijan Junior Open 2026” beynəlxalq turniri başlayıb.
Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Badminton Federasiyasından daxil olub.
Xəbərdə deyilir ki, “yarışda Azərbaycan da daxil olmaqla 9 ölkədən 64 badmintonçu 5 kateqoriya üzrə mükafatlar uğrunda mübarizə aparır. Azərbaycan turnirdə 22 badmintonçu ilə təmsil olunur. Yarışın digər iştirakçıları Türkiyə, Özbəkistan, Gürcüstan, İran, Birləşmiş Ərəb Əmirlikləri, ABŞ, Hindistan və Tacikistan təmsilçiləridir”.
Ardınca xəbərdə, “turnir çərçivəsində badmintonçular oğlan və qızların şəxsi, qoşa, eləcə də qarışıq qoşa kateqoriyalarında qüvvələrini sınayırlar. “Azerbaijan Junior Open 2026” Azərbaycanda ilk dəfə “Junior International Series” kateqoriyasında təşkil olunan yarışdır. Yarışa avqustun 16-da keçiriləcək final qarşılaşmaları ilə yekun vurulacaq” deyə qeyd olunur.






İlk şərhi yaza bilərsiniz