Press "Enter" to skip to content

Maksut Kutluhan Uraya böyük etimad

Maksut Kutluhan Uray

BAYRAQDAR MEDİA – Susuz və Qars şəhər şuralarında fəaliyyəti ilə tanınan Maksut Kutluhan Uray Böyük Turan Dövlətləri Şurasının Qars vilayət rəhbəri təyin olunub.

Bu barədə karsmanset.com saytı məlumat yayıb.

Bildirilib ki, Uray 2021-ci ildə Susuz Şəhər Şurasının sədri olub, 2023-cü ildə isə Qars Şəhər Şurasının sədri seçilib. O, fəaliyyəti dövründə Beynəlxalq Aşıqlar Bayramı və Türkiyə Şəhər Şuraları Sədrləri Zirvəsinin Qarsda keçirilməsinə öncüllük edib, müxtəlif beynəlxalq proqramlar, ictimai layihələr, yardımlaşma və həmrəylik tədbirləri həyata keçirib.

Məlumata əsasən, Böyük Turan Dövlətləri Şurasının başqanı Kadir Güvənin qərarı ilə Qars vilayət rəhbəri təyin edilən Urayın yaxın müddətdə idarə heyətini formalaşdıraraq fəaliyyətə başlaması gözlənilir: “Şuranın Qarsdakı fəaliyyəti və Qafqaz dəhlizinə yönəlmiş təşkilati işlərin də Urayın koordinasiyası ilə həyata keçiriləcəyi bildirilib. Türk dünyasının ortaq tarix, mədəniyyət və sivilizasiya dəyərlərinin qorunmasını qarşıya məqsəd qoyan şura, əlaqəli icmalar arasında ticari, elmi və sosial həmrəyliyin inkişafına çalışacaq. Təhsil, incəsənət və ticarət sahələrində davamlı ortaq layihələrin hazırlanması, həmçinin yeddi türk dövləti arasında panellər, seminarlar və beynəlxalq tədbirlərin keçirilməsi planlaşdırılır”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.