Press "Enter" to skip to content

Səfirdən Baş nazirə dəstək

Ali Murat Başçeri

Ali Murat Başçeri: 11 ildə qət edilməyən məsafə Ünal Üstel hökuməti dövründə qət edildi

BAYRAQDAR MEDİA – Türkiyənin Lefkoşa səfiri Ali Murat Başçeri KKTC-nin daşınmaz əmlak və kadastr infrastrukturunun rəqəmsallaşdırılması çərçivəsində həyata keçirilən Daşınmaz Əmlak və Kadastr İnformasiya Sistemi (TAKBİS) ilə bağlı keçirilən məlumatlandırma toplantısında çıxış edib. Böyükelçi KKTC-də elektron hökumət istiqamətində həyata keçirilən işlərə toxunaraq, Baş nazir Ünal Üstelin rəhbərlik etdiyi hökumətin fəaliyyəti dövründə bu sahədə mühüm irəliləyiş əldə edildiyini vurğulayıb.

Bu barədə kibrispostasi.com saytı məlumat yayıb.

Məlumata görə, Ali Murat Başçeri bildirib ki, KKTC dövlət qurumlarının elektron hökumət infrastrukturu üzərindən bir-biri ilə inteqrasiyalı fəaliyyət göstərməsi, sistemlərin layihələndirilməsi, qurulması və texniki dəstəyinin təmin olunması istiqamətində Türkiyənin töhfələri 2011-ci ildə imzalanan elektron hökumət layihəsinin həyata keçirilməsinə dair protokolla başlayıb.

O qeyd edib ki, 2014-cü ildən etibarən Türkiyə ilə KKTC arasında imzalanan maliyyə əməkdaşlığı protokolları çərçivəsində elektron hökumət layihələrinə maliyyə vəsaiti ayrılmağa başlanılıb.

Səfir xüsusilə 2022-ci ildən etibarən elektron hökumət sahəsində həyata keçirilən işlərdə ciddi sürətlənmə müşahidə olunduğunu bildirib. Onun sözlərinə görə, Baş nazir Ünal Üstelin rəhbərlik etdiyi hökumət dövründə proses əhəmiyyətli dərəcədə sürətlənib.

Başçeri 2011–2022-ci illər arasındakı dövrlə 2022-ci ildən sonrakı dövrü müqayisə edərək, Ünal Üstel hökumətinin elektron hökumət məsələsində nümayiş etdirdiyi qətiyyətə diqqət çəkib:“2022-ci ildən bu yana vəzifədə olan Baş nazir cənab Ünal Üstelin rəhbərlik etdiyi hökumət dövründə 2011-ci ildən 2022-ci ilə qədər qət edə bilmədiyimiz məsafədən dəfələrlə daha böyük bir məsafə qət etdik. Buna görə cənab Baş nazirə bu məsələdə göstərdiyi qətiyyətə görə təşəkkür edirəm”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.