BAYRAQDAR MEDİA – Iğdırın Melekli qəsəbəsində tarlasında məhsul yığan fermer bir-birinə bitişik şəkildə yetişmiş iki yemiş aşkar edib. Nadir rast gəlinən bu görüntü fermeri təəccübləndirib.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Bildirilib ki, fermer qeyri-adi yemişi maraqlanan ətrafdakı insanlara göstərib. Bir-birinə bağlı şəkildə inkişaf edən “əkiz yemiş”i görənlər böyük maraqla qarşılayıblar.
Təbiətdə zaman-zaman belə hallara rast gəlinsə də, bunun nadir müşahidə edildiyi bildirilib.






İlk şərhi yaza bilərsiniz