Press "Enter" to skip to content

Iğdırın tarixi simvolu

Şəhid Mehmet Çavuş abidə-məzarı

BAYRAQDAR MEDIA – Iğdırın qurtuluş mübarizəsinin mühüm simvollarından biri olan Şəhid Mehmet Çavuş abidə-məzarı şəhərə gələn yerli və xarici ziyarətçilərin üz tutduğu məkanlar sırasında yer alır.

Bu barədə igdirhaber.net saytı məlumat yayıb.

Bildirilib ki, Iğdır şəhərinin Atatürk məhəlləsində, Şəhidlər küçəsində yerləşən abidə çankırılı Mehmet Çavuşun xatirəsini yaşatmaqla yanaşı, şəhərin yaxın tarixinə də işıq salır: “Iğdırın qurtuluş mübarizəsinin simvollarından biri kimi önə çıxan Mehmet Çavuş Şəhidlik Abidəsi möhtəşəm quruluşu ilə diqqət çəkir. Abidənin ətrafında yerləşən mərmər daşlarda Vətənin müxtəlif bölgələrində xidmət etmiş Iğdırlı şəhid əsgər və polislərin adları da həkk olunub”.

Məlumata görə, üç böyük Türkiyə bayrağının dalğalandığı abidə daşıdığı məna və tarixi əhəmiyyətinə görə Iğdırın keçmişini gələcək nəsillərə çatdıran mühüm dəyərlərdən biri kimi şəhərdəki mövqeyini qoruyur: “Şəhərə gələn ziyarətçilər Şəhid Mehmet Çavuş Abidəsini ziyarət etməklə həm şəhidlərin xatirəsini yad edir, həm də Iğdırın qurtuluş mübarizəsinə dair tarixi izləri yaxından görmək imkanı əldə edirlər. Şəhid Mehmet Çavuş Abidəsi bu gün Iğdırın tarixini və milli mübarizə ruhunu simvolizə edən mühüm tikililərdən biri kimi şəhərin yaddaşındakı yerini qoruyur”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.