Press "Enter" to skip to content

4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi

4 minədək uşağa sosial xidmət və reabilitasiya dəstəyi

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) müəssisə və mərkəzlərində, habelə qurumun sifarişləri üzrə yaradılmış günərzi və reabilitasiya mərkəzlərində hazırda 4 minədək uşağa xidmətlər göstərilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “xüsusi qayğıya ehtiyacı olan, o cümlədən əlilliyi olan həmin uşaqlardan 882 nəfəri stasionar, 2 min 936 nəfəri yarımstasionar, 165 nəfəri ambulator formada xidmətlərlə təmin edilir. Onların reabilitasiya potensiallarının reallaşdırılması, funksional bacarıqlarının inkişafı, gündəlik həyata və cəmiyyətə inteqrasiyasına dəstək məqsədilə işlər aparılır. Habelə uşaqların maraq və qabiliyyətləri nəzərə alınaraq müxtəlif dərnəklər vasitəsilə özünəxidmət qabiliyyətlərinin artırılması və təxəyyüllərinin inkişaf etdirilməsi üçün xidmətlər göstərilir”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.