Press "Enter" to skip to content

TİKA-nın dəstəyi davam edir

Tədbirdən xatirə

Bakı Türk Anadolu Liseyində Robotik kodlaşdırma laboratoriyası istifadəyə verilib

BAYRAQDAR MEDİA – Sentyabrın 10-da Bakı Türk Anadolu Liseyinin Əhmədli kampusunda Robotik kodlaşdırma laboratoriyasının açılış mərasimi keçirilib.

Mərasimdə bildirilib ki, Robotik kodlaşdırma laboratoriyası Türk Əməkdaşlıq və Koordinasiya Agentliyi (TİKA) tərəfindən 2019-cu ildə Bakı Türk Anadolu Liseyində robotik kodlaşdırma və intellekt oyunları emalatxanalarının yaradılması ilə başlayan əməkdaşlığın davamıdır.

Tədbirdə, Bakı Türk Anadolu Liseyinin müdiri Abdullah Yılmaz, TİKA başqanı Abdullah Eren, Türkiyənin Azərbaycandakı səfiri Birol Akgün çıxış ediblər.

Tədbirdə digər çıxış edənlər Azərbaycan-Türkiyə qardaşlığının təhsil, elm və texnologiya sahələrində əməkdaşlığının əhəmiyyətindən danışıblar.

Çıxışlardan sonra TİKA sədri Abdullah Eren və səfir Birol Akgün, onları müşayiət edən nümayəndə heyəti ilə birlikdə robotik kodlaşdırma laboratoriyasına baxış keçirib, burada quraşdırılan avadanlıqlarla tanış olublar.

Qeyd edək ki, tədbir barədə geniş yazını sabahkı sayımızda oxuya bilərsiniz.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.