BAYRAQDAR MEDİA – Süleyman Dəmirəl Universiteti Tibb Fakültəsinin Anesteziologiya və Reanimasiya Bölməsinin ev sahibliyi ilə “Aşağı axınlı anesteziya tətbiqi kursu” keçirilib.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Bildirilib ki, peşəkar bilik və praktiki bacarıqların inkişaf etdirilməsinə yönəlmiş kursun açılışını Prof. Dr. Pakize Kırdemir edib. Təlimdə Prof. Dr. Filiz Alkaya Solmaz, dosentlər Eyyüp Sabri Özden və Hacı Ömer Osmanlıoğlu, eləcə də Dr. Öğr. Üyesi Saniye Cengiz iştirak edib.
Klinik assistentlər və texniklər üçün təşkil olunan kursda aşağı axınlı anesteziyanın tətbiqi ilə bağlı nəzəri məlumatlar verilib, eyni zamanda praktiki məşğələlər keçirilib.
Universitetin Anesteziologiya və Reanimasiya Bölməsinin davamlı təhsil proqramı çərçivəsində təşkil olunan praktiki kursların gələcəkdə də müəyyən aralıqlarla keçirilməsi nəzərdə tutulur.





İlk şərhi yaza bilərsiniz