BAYRAQDAR MEDİA -Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyası sədrinin müavini Serdar Ünsal BMT Baş Assambleyasında İsrailin Baş naziri Benyamin Netanyahunun çıxışı zamanı Azərbaycan nümayəndəsinin zalı tərk etməməsi ilə bağlı Türkiyədə səsləndirilən fikirlərə münasibət bildirib. Ünsal belə müzakirələrin Türkiyə-Azərbaycan münasibətlərinin real mahiyyətini əks etdirmədiyini deyib.
Bu barədə yesiligdir.com saytı məlumat yayıb.
Məlumata görə, S.Ünsal deyib ki, iki ölkə arasındakı qardaşlıq gündəlik siyasi müzakirələrə, sosial media paylaşımlarına və tək bir görüntüyə əsaslanan şərhlərə endirilə bilməz. Ünsal dövlətlərin beynəlxalq toplantılarda iştirakının diplomatik qaydalar və protokol çərçivəsində həyata keçirildiyini xatırladıb.
O bildirib ki, bir nümayəndənin hər hansı salonda olub-olmamasına əsasən həmin dövlətin bütün xarici siyasəti barədə qəti nəticə çıxarmaq doğru deyil. Serdar Ünsal Azərbaycanın Fələstin məsələsində rəsmi mövqeyinin də nəzərə alınmasının vacibliyini vurğulayıb və Bakının iki dövlətli həlli, paytaxtı Şərqi Qüds olan müstəqil Fələstin dövlətinin yaradılmasını dəstəklədiyini qeyd edib. O, Azərbaycanla Türkiyə arasındakı tarixi və mədəni bağların, xüsusilə Qarabağın işğaldan azad edilməsi prosesində qarşılıqlı dəstəyin iki ölkə münasibətlərinin əsas göstəricilərindən olduğunu bildirib. Ünsal “İki dövlət, bir millət” anlayışının qorunmasının və gələcək nəsillərə ötürülməsinin hər kəsin ortaq məsuliyyəti olduğunu deyib.






İlk şərhi yaza bilərsiniz