Press "Enter" to skip to content

Dünya çempionatının qızıl və bürünc medalçıları vətənə qayıdıb

Dünya çempionatının qızıl və bürünc medalçıları vətənə qayıdıb

BAYRAQDAR MEDİA – 24-27 sentyabr tarixlərində İtaliyanın Pezaro şəhərində keçirilən akrobatika gimnastikası üzrə Dünya çempionatının qızıl və bürünc medalçıları vətənə qayıdıblar.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Azərbaycan Gimnastika Federasiyasından daxil olub.

Xəbərdə deyilir ki, “gimnastlar Heydər Əliyev adına Beynəlxalq Hava Limanında federasiya nümayəndələri, yaxınları və media nümayəndələri tərəfindən qarşılanıblar. Azərbaycanı böyüklər yaş kateqoriyasında təmsil edən qadın qrupu – Anahita Bashiri, Zəhra Rəşidova və Nəzrin Zeyniyeva balans hərəkətləri proqramında Azərbaycan akrobatika gimnastikası tarixində qadın qrupları arasında ilk dəfə dünya çempionu adını qazanıblar. Tǝsnifat mǝrhǝlǝsindǝ 28 min 330 xalla birinci olan gimnastlar finalda 28 min 580 xal toplayaraq bütün rǝqiblǝrini geridǝ qoyublar”.

Kişi cütlük Murad Rǝfiyev vǝ Daniel Abbasov da balans hǝrǝkǝtlǝri proqramında fǝxri kürsüyǝ yüksǝliblǝr. Tǝsnifatda 28 min 550 xalla üçüncü yeri tutan cütlük finalda nǝticǝsini 28 min 950 xala çatdıraraq bürünc medal qazanıb.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.