Press "Enter" to skip to content

Nazir CECECO-nun icraçı direktorunu qəbul edib

Nazir CECECO-nun icraçı direktorunu qəbul edib

BAYRAQDAR MEDİA – Sentyabrın 28-də gənclər və idman naziri Fərid Qayıbov İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin (CECECO) icraçı direktoru Aysel Yaqubovanı qəbul edib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Gənclər və İdman Nazirliyinin (GİN) mətbuat xidmətindən daxil olub.

Xəbərdə qeyd olunur ki, “görüş zamanı gənclər sahəsində əməkdaşlığın inkişaf perspektivləri, birgə layihələrin həyata keçirilməsi imkanları müzakirə olunub. Həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb. Görüşdə gənclər və idman nazirinin müavini İndira Hacıyeva, nazirliyin Gənclərlə iş şöbəsinin müdiri Ülviyyə Axundova, Beynəlxalq əlaqələr şöbəsinin müdiri Zərifə Zülfüqarova, İqtisadi Əməkdaşlıq Təşkilatının Təmiz Enerji Mərkəzinin layihə koordinatoru Nigar Şükürova, Kommunikasiya meneceri Asif Məmmədzadə iştirak ediblər”.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.