Press "Enter" to skip to content

Cüdo üzrə Dünya Çempionatında qida təhlükəsizliyinə nəzarət – VİDEO

Cüdo üzrə Dünya Çempionatında qida təhlükəsizliyinə nəzarət

BAYRAQDAR MEDİA – Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Azərbaycanda keçirilən bütün beynəlxalq və kütləvi tədbirlərdə olduğu kimi, Cüdo üzrə Dünya Çempionatı zamanı da qida təhlükəsizliyinin təmin olunmasına ciddi nəzarət edir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya AQTA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə diqqətə çatdırılır ki, “çempionat çərçivəsində AQTA-nın 17 əməkdaşı yarışın keçirildiyi ərazidə və iştirakçıların yerləşdiyi otellərdə qida məhsullarının saxlanılması, hazırlanması və təqdim olunması proseslərini, eləcə də sanitar-gigiyenik tələblərə riayət edilməsini nəzarətdə saxlayır. Qida məhsullarından nümunələr götürülərək laborator müayinələr aparılır, iaşə obyektlərinin əməkdaşlarına profilaktik tövsiyələr verilir”.

AQTA Azərbaycanda keçirilən bütün kütləvi tədbirlərdə qida təhlükəsizliyinin etibarlı təmin olunması istiqamətində nəzarət tədbirlərini davam etdirir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.