Press "Enter" to skip to content

Türk Dünyası Bilim Ödülləri təqdim edilib

Mərasimdən xatirə fotosu

Professor Mehmet Yüceyə Farabi mükafatına layiq görülüb

BAYRAQDAR MEDİA – Türk dünyasının müxtəlif ölkələrindən tanınmış alimləri bir araya gətirən III Beynəlxalq Türk Dünyası Elm Mükafatlarının təqdimat mərasimi 2026-cı il oktyabrın 8-də Qazaxıstanın Almatı şəhərində keçirilib. Türk Dünyası Yörük-Türkmən Birliyinin təşkil etdiyi tədbirdə sosial elmlər sahəsindəki tədqiqatları ilə seçilən professor Mehmet Yüce Farabi Sosial Elmlər Mükafatına layiq görülüb.

Elmi fəaliyyətini maliyyə və maliyyə hüququ sahələrində davam etdirən professor Mehmet Yüce elmi araşdırmaları, eləcə də Türk dünyasında akademik əlaqələrin inkişafına verdiyi töhfələrlə tanınır. Onun, xüsusilə Azərbaycandakı akademik fəaliyyəti bu mükafatla qeyd olunan elmi və mədəni irsinin mühüm hissəsini təşkil edir.

Mehmet Yüceye mükafat təqdim edilərkən
Mehmet Yüceye mükafat təqdim edilərkən

Mehmet Yücenin əvvəllər Azərbaycan Dövlət İqtisad Universitetinin nəzdində fəaliyyət göstərən Türk Dünyası İqtisad Fakültəsində (UNEC-TÜDİFAK) dekan vəzifəsini icra etməsi Azərbaycanla Türkiyə arasındakı akademik münasibətlər baxımından xüsusi əhəmiyyət daşıyır. Həmin dövrdə qazandığı peşəkar təcrübə və qurduğu əlaqələr iki ölkə arasında elmi qarşılıqlı əlaqələrin və ortaq təhsil hədəflərinin inkişafı baxımından əhəmiyyətli təcrübə formalaşdırıb.

Azərbaycanda olduğu müddətdə elmi dairələrlə və cəmiyyətlə möhkəm əlaqələr quran professor Mehmet Yüce ölkəmizdə gördüyü sevgi və səmimi münasibətlə də xatırlanır. Onun Azərbaycana olan yaxınlığı və bu coğrafiya ilə qurduğu könül bağı Türk dünyasının ortaq elm və mədəniyyət idealına yanaşmasının əsas xüsusiyyətlərindəndir.

Budəfəki mükafatlandırma mərasimində Azərbaycan elminin tanınmış nümayəndələri də təltif olunublar. Azərbaycanlı alim, professor İsa Həbibbəyli Abay Kunanbay adına Fəxri Mükafata, professor Rafiq Əliyev isə Qiyasəddin Cəmşid əl-Kaşi adına Riyaziyyat Mükafatına layiq görülüb. Elmin müxtəlif sahələrini və nəsillərini bir araya gətirən mükafatlar Türk dünyasının elmi irsini yaşatmaq və müasir tədqiqatları təşviq etmək məqsədilə təqdim olunub.

“Keçmişə hörmət, gələcəyə ilham” prinsipi ilə keçirilən tədbir Türk dünyasının ortaq tarixi və mədəni irsini elmi əməkdaşlıq vasitəsilə gələcəyə daşımaq məqsədini ortaya qoyub. Bəşəriyyətin fikir tarixinə istiqamət vermiş Farabi kimi şəxsiyyətlərin irsi əsasında təqdim olunan mükafatlar elmin ölkələr arasında davamlı əlaqələr yaradan universal mahiyyətinə də diqqət çəkib.

Professor Mehmet Yüceyə təqdim edilən Farabi Sosial Elmlər Mükafatı onun həm akademik fəaliyyətinə, həm də Türk dünyasında elmi və institusional əməkdaşlığın gücləndirilməsi istiqamətində qazandığı təcrübəyə verilən qiymət kimi dəyərləndirilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.