Son yeniləmə: 11 Oktyabr 2026
BAYRAQDAR MEDİA – İğdır Universitetinin rektoru professor Ekrem Gürel Yeşil İğdlr qəzeti redaksiyasına baş çəkərək baş redaktor Cabbar Şıktaşla görüşüb. Görüşdə rektor universitetin akademik fəaliyyətindən, inkişaf hədəflərindən və həyata keçirilən layihələrdən danışıb.
Bu barədə universitetin məlumatında qeyd edilib.
Məlumata görə, rektor, tələbələrin rahatlığının təmin edilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi və kampus ərazisində nizam-intizamın qorunması istiqamətində işlərin davam etdiyini bildirib. Kampusdaxili yolların asfaltlandığını qeyd edən Gürel, “Şəhərimiz universitetimizdir, universitetimiz də şəhərimizdir”, — deyə vurğulayıb.
Qəzet rəhbərliyi ziyarətə görə rektora təşəkkür edib






İlk şərhi yaza bilərsiniz