Son yeniləmə: 11 Oktyabr 2026
BAYRAQDAR MEDİA – KKTC-nin Arkın Yaradıcılıq Sənətləri və Dizayn Universitetinin (ARUCAD) Sənət fakültəsinin keramika bölməsinin müəllimi, doktor Mümine Özdemirağ Yağlı Əskişəhərdə keçirilən IX Beynəlxalq Odunpazarı Keramika Bişirmə Texnikaları Simpoziumunda Kiprdən dəvət olunmuş sənətçi kimi iştirak edib.
Odunpazarı bələdiyyəsinin təşkil etdiyi beşgünlük tədbirdə Türkiyə və müxtəlif ölkələrdən keramika sənətçiləri bir araya gələrək fərqli bişirmə texnikaları üzrə təcrübələrini bölüşüblər. Simpozium çərçivəsində yaradılan əsərlər sentyabrın 23-də Şehrin Ateşi Keramika Qalereyasında açılan sərgidə nümayiş etdirilib.
Mümine Özdemirağ Yağlının simpozium zamanı hazırladığı dörd əsər qalereyanın daimi kolleksiyasına daxil edilib.






İlk şərhi yaza bilərsiniz