BAYRAQDAR MEDİA – Tuzluca Şəhid Üsteğmen Hakan Özkaner orta məktəbinin və Türkiyə Təhsil Dərnəyi İstanbul Kolleci Fondunun şagirdləri qardaş məktəb layihəsi çərçivəsində İğdırda bir araya gəliblər. Dostluq, həmrəylik və paylaşma duyğularının ön plana çıxdığı görüş rəngarəng anlarla yadda qalıb.
Bu barədə igdirhaber.net saytı məlumat yayıb.
Bildirilib ki, proqram çərçivəsində İstanbul Kollecinin şagirdləri İğdıra gələrək qardaş məktəbin şagirdləri ilə birgə tədbirdə iştirak ediblər. Kazım Karabəkir İdman Salonunda keçirilən tədbirdə şagirdlər hazırladıqları çıxışları təqdim ediblər. Tuzluca məktəbinin şagirdləri Qafqaz rəqslərini, İstanbuldan gələn şagirdlər isə xalq rəqslərini nümayiş etdiriblər. İğdırın işğaldan azad edilməsinin ildönümü çərçivəsində təşkil olunan görüşdə qardaşlıq, dostluq və mədəni mübadilə əsas mövzular olub. Şagirdlər müxtəlif mədəniyyətləri tanımaq və yeni dostluqlar qurmaq imkanı əldə ediblər. Bildirilib ki, bu cür görüşlər şagirdlər arasında sosial və mədəni əlaqələrin möhkəmlənməsinə mühüm töhfə verir.






İlk şərhi yaza bilərsiniz