Press "Enter" to skip to content

HTP çərçivəsində Çində təhsil

HTP çərçivəsində Çində təhsil

BAYRAQDAR MEDİA – 2027–2028-ci tədris ili üzrə Hökumətlərarası Təqaüd Proqramı (HTP) çərçivəsində Azərbaycan vətəndaşları üçün Çində təhsil almaq məqsədilə sənəd qəbulu elan edilir.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya Elm Elm və Ali Təhsil üzrə Dövlət Agentliyindən (EATDA) daxil olub.

Xəbərdə deyilir ki, “Proqram çərçivəsində Azərbaycan və Çin vətəndaşlarına tələbə mübadiləsi əsasında qarşılıqlı olaraq hər iki ölkənin ali təhsil müəssisələrində təhsil almaq imkanı təqdim olunur. Təqaüd proqramına müraciət üçün son tarix 13 dekabr 2026-cı il, saat 23:59-dur. Namizədlərin qəbulu ilə bağlı yekun qərarın 2027-ci ilin iyul–avqust aylarında təqdim olunması nəzərdə tutulur”.

Proqram “Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi ilə Çin Xalq Respublikasının Təhsil Nazirliyi arasında təhsil sahəsində əməkdaşlıq haqqında Saziş” çərçivəsində EATDA tərəfindən həyata keçirilir.

Müraciət qaydaları və tələb olunan sənədlər barədə link vasitəsilə ətraflı məlumat almaq mümkündür.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.