Press "Enter" to skip to content

MŞ-nin İdarə Heyətinin iclası olub

MŞ-nin İdarə Heyətinin iclası olub

BAYRAQDAR MEDİA – Noyabrın 18-də Mətbuat Şurasının (MŞ) İdarə Heyətinin növbəti iclası keçirilib.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya MŞ-nin mətbuat xidmətindən daxil olub.

Xəbərdə deyilir ki, “MŞ sədri Vüqar Zifəroğlu iclasın gündəliyi barədə məlumat verib. O deyib ki, müzakirə olunan başlıca məsələ Şuranın komissiyalarının tərkibinin və fəaliyyət planlarının təsdiqidir. Gündəlik səsə qoyularaq qəbul edilib. İclasda əvvəlcə MŞ-nin Şikayətlər üzrə Komissiyasının tərkibi müəyyənləşdirilib. Bildirilib ki, Şuranın Nizamnaməsinə əsasən qurumun sədr müavinləri növbəlilik əsasında 2 il müddətinə bu komissiyaya rəhbərliyi həyata keçirirlər. Müzakirələrdən sonra MŞ-nin sədr müavini Müşfiq Ələsgərlinin sədrliyi ilə Şikayətlər üzrə komissiyanın 9 nəfərlik tərkibi təsdiq olunub”.

Daha sonra xəbərdə, “sonra MŞ-nin Media etikası və hüquq komissiyasının (sədr Səadət Məmmədova), Beynəlxalq əlaqələr komissiyasının (sədr Orxan Amaşov), Media ilə dövlət qurumları arasında kommunikasiya komissiyasının (sədr Elşad Eyvazlı), Media subyektləri ilə əlaqələr komissiyasının (sədr Vüqar Rəhimzadə), Sosial media istifadəçiləri ilə əlaqələr komissiyasının (sədr Hacıbəy Heydərli), Dil komissiyasının (sədr Seyfəddin Hüseynli), Media monitorinqi və analitika komissiyasının, Rəqəmsal texnologiya və süni intellekt komissiyasının, həmçinin qurumun nəznindəki Jurnalist Təşkilatlarının Koordinasiya Mərkəzinin (sədr Ayaz Mirzəyev) tərkibləri müəyyənləşdirilib, həmçinin onların fəaliyyət proqramları qəbul edilib” deyə diqqətə çatdırılır.

İclasda MŞ İdarə Heyəti üzvlərinin Şuranın fəaliyyətinin daha da sistemləşdirilməsinə yönələn təklifləri də dinlənilib, bununla bağlı qurumun Katibliyinə müvafiq tapşırıqlar verilib.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.