Press "Enter" to skip to content

Uşaq evinin sakinləri üçün Lənkəran “ASAN xidmət”ə səfər

Uşaq evinin sakinləri üçün Lənkəran "ASAN xidmət"ə səfər

BAYRAQDAR MEDİA – Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin (SXA) Osman Mirzəyev adına 5 saylı Uşaq evi sosial xidmət müəssisəsinin sakinləri üçün Lənkəran regional “ASAN xidmət” mərkəzinə tanışlıq səfəri təşkil olunub.

Bu haqda xəbər BAYRAQDAR MEDİA-ya SXA-nın mətbuat xidmətindən daxil olub.

Xəbərdə bildirilir ki, “tədbir valideyn himayəsindən məhrum olmuş uşaqların maarifləndirilməsi, dövlət xidmətləri ilə yaxından tanışlığının təmin edilməsi və cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyıb. Görüş çərçivəsində uşaqlara “ASAN xidmət” mərkəzinin fəaliyyəti, vətəndaşlara göstərilən xidmətlərin təşkili, xidmət prosesinin mərhələləri və mərkəzdə yaradılmış şərait barədə ətraflı məlumat verilib”.

Ardınca xəbərdə, “uşaqlar mərkəzdə fəaliyyət göstərən müxtəlif xidmət sahələri ilə tanış olub, əməkdaşların gündəlik iş prosesi ilə yaxından maraqlanıblar. Onları maraqlandıran suallar cavablandırılıb və dövlət xidmətlərinin əlçatanlığı, operativliyi və şəffaflığı barədə məlumatlar verilib” deyə qeyd edilir.

İlk şərhi yaza bilərsiniz

Lütfən, buyurub bir şərh yaza bilərsiniz

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Mission News Theme by Compete Themes.