Press "Enter" to skip to content

Hulusi Akar: Kıbrısda iki dövlətli quruluş artıq yeganə həll yoludur

Hulusi Akar

Bayraqdar.info – Türkiyənin Milli Müdafiə naziri Hulusi Akar bu günlərdəki çıxışlarından birində Kıbrısla bağlı aparılan danışıqlara da münasibət bildirib.

KKTC-nin Bakıdakı nümayəndəliyindən bayraqdar.info-ya verilən məlumata görə, nazir Kıbrısda sınanmış və uğursuz olmuş həll variantlarının təkrar müzakirəsinin nəticə verməycəyini deyib.

H.Akar, Kıbrısda iki dövlətli quruluşun artıq yeganə həll yolu olduğunu vurğulayıb: “Biz sülh, sabitlik, dialoq və yaxşı qonşuluq əlaqələri istəyirik. Ancaq təəssüflər olsun ki, Yunanıstan tərəfində davamlı təhrik, problem yaratmaq, sayğısızlıq və təhdid dili var”.

Mission News Theme by Compete Themes.